Metbuatdan

 Mətbuatdan seçmə köşə yazıları
Reklam verin!
 
El­nur AS­TAN­BƏY­Lİ
mo­lo­doy25@box.az
Na­mu­sun ic­ti­ma­i­ləş­mə­si

Ki­çik xal­q­la­rın his­slə­ri də ki­çik olur. Uzağa get­məy­ək, elə özümüzü götürək. Dəh­şət­li də­rəc­ə­də özünə­vu­rğ­un­luq is­tə­ni­lən or­ta sta­ti­s­tik azər­bayc­an­lı­nın qa­nın­da­dır. San­tex­ni­kin­dən tut­muş ziy­a­lı­sı­na­dək han­sı­nı din­di­rir­sən dey­ir: "Biz qə­h­rə­man xal­qıq". Tor­pağ­ı­nın 20 fa­i­zi işğ­al­da olan bir xal­qın özünü qə­h­rə­man ad­lan­dır­ma­sı nə qə­dər iy­rənc səs­lə­nir. Östə­lik, bu, özünə vu­rğ­un­luq­dan baş­qa, həm də özünə hör­mət­siz­liy­in əla­mə­ti­dir. Azər­bayc­an­lı­la­rın bütün ki­çik xal­q­lar ki­mi, özünə­vu­rğ­un­luğ­u­nun baş­qa bir id­bar nümu­nə­si də var: "Biz qo­naq­pər­vər xal­qıq". İki cümlə­miz­dən bi­ri bu­dur. Bir də­fə uni­kal do­stu­muz, hər də­fə yax­şıca yey­ib-içən­dən so­nra böyük xal­qın oğ­lu ol­ma­dığ­ı­na gö­rə ta­ley­i­nə üsyan eləy­ən No­fəl müəl­lim su­per bir söz de­di: "Qo­naq­pər­vər xalq ol­mağ­ı­mız­dan elə ye­kə-ye­kə da­nı­şı­rıq ki, guya baş­qa xal­q­lar qo­nağı qa­pı­dan qo­vur". Ki­çik his­slər hə­mi­şə böyük kom­plek­s­lər doğ­u­rur. Böyük kom­plek­s­lər isə böyük mə­də­niyy­ət­lə­rin düşmə­ni­dir. Əs­lin­də ki­çik xalq olub da böyük mə­də­niyy­ət ya­rat­maq olar.
Davamı...

Açar sözlər:

Yazar: admin | Tarix: Aprel 5, 2008 11:14 | Elnur Astanbəyli | Şərhlər(0) | Baxış sayı: 86

Image hosted by Photo.Load.Az

Murad Köhnəqala

 

Birja

Sovet hökuməti dağılanda hərəyə bir şey qalmışdı. Kimiyə bir sovxoz, kimiyə bir kolxoz, kimiyə bir “Belarus” traktoru, kimiyə bir rayon, kimiyə bir inək, kimiyə bir respublika. Mənə də bir parket təmizləyən maşın qaldı. Yaxşı sifarişlərim olurdu, qazanırdım, külfəti dolandırırdım, hərdən dostlarla da yeyib-içirdim. Getdikcə sifarişlərim azaldı. Nəhayət, ona da çarə tapdım. Hər gün qul bazarına çıxır, oradakı ustalarla yan-yana dayanıb müştəri gözləyirdim. Parket təmizləmək istəyən elə birbaşa qul bazarına gəlib bizi öz evinə aparırdı. Düzdür, çox vaxt danışdığımız pulu vermirdilər. Mən də onlarla çox çənə döymürdüm, nə verirdilərsə, cibimə qoyub “bərəkət” deyirdim.

Davamı...

Açar sözlər:

Yazar: admin | Tarix: Aprel 5, 2008 10:52 | Murad Könəqala | Şərhlər(0) | Baxış sayı: 1498

Elnur Astanbəyli

Elnur Astanbəyli
molodoy25@box.az 

Bir daha fəxri adlar və titullar haqqında

Gözünüz aydın, ADP sədri Sərdar Cəlaloğlu da fəxri ad istəyir. Sərdar bəy deyib ki, ona "xalq mitinq ustası" adı verilməlidir. ADP sədri bunu Eldar Namazovun "Sərdar Cəlaloğluna "əməkdar mitinq ustası" adı vermək lazımdır" sözlərinin qarşılığında deyib. Guya hər iki siyasətçinin yumor hissi dəhşət güclüdür. Ölkədə nələr baş verir, bunların işinə-gücünə bax! 
   
   Nə isə. Belə görünür, təkcə Azərbaycan ziyalısı yox, Azərbaycan siyasətçisi də fəxri ad, titul ölüsüdür. Bəndəniz fəxri ad və titullar mövzusunda dəfələrlə yazıb. İndi belə çıxmasın ki, guya yazmağa mövzu tapmadığından bir daha bu barədə yazmaq fikrinə düşüb. Yox, yox, yox! Sadəcə, həqiqətləri dəfələrcə yazmaqda fayda var. 
   

Davamı...

Açar sözlər:

Yazar: admin | Tarix: Aprel 2, 2008 0:50 | Digər müəlliflər | Şərhlər(0) | Baxış sayı: 75

 

Məmməd Süleymanov
mameds@mail.ru


Azadlıqdan qaçış

Nə vaxtlarsa Prometey «allah»lardan od oğurlayıb insanlara gətirmişdi. O, insanlara eyni vaxtda od və azadlıq verdi. O, insanlara sənət və incəsənəti eyni vaxtda bəxş etdi. Prometey inanırdı ki, bədəni də, qəlbi də eyni anda xilas etmək mümkündür. Yanıldı. Və qayaya bağlandı. İnsanlar susdular.

Bu gün də Prometey Qafqaza gəlsəydi, onu elə onun xilas etmək istədiyi insanlar özləri qayaya bağlayıb qartala yem edərdilər. Çünki hazırkı insanlar – bu, odsuz və azadlıqsız toplum – ilk növbədə bədəni xilas etməyə çalışır. Qəlb və azadlıq onlar – 24 saat yemək və bədən barədə düşünüb çalışan və bu yolda həmnövlərini tapdayıb keçən kütlə  üçün əlçatmaz nemətdir. Elə bir nemət ki, hələ gözləyər. Əvvəlcə bədən xilas olmalıdır  - qəlb müvəqqəti ölsə də olar. Əsas lazımlısı oddur, alovdur – azadlıq sonra da gələr.

Davamı...

Açar sözlər:

Yazar: admin | Tarix: Aprel 2, 2008 0:29 | Məmməd Süleymanov | Şərhlər(0) | Baxış sayı: 64

  Yazılar cəmi: 4   
 

Elmin